dini radikalizm və ekstremizmlə mübarizə

Zərdabda ağır qəza, ölən var - Fotolar+Yenilənib


 
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şəftəhal kəndi ərazisində qeydə alınıb.

Belə ki, Zərdab-Mollakənd yolu ilə hərəkət edən “Mercedes” markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində ilkin məlumata görə, 1 nəfər hadisə yerində ölüb.

Araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 18 radələrində Ağcəbədi rayon sakini X.Paşayev idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsilə Zərdab rayonunun Şəftəhal kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan iribuynuzlu heyvanı vurub, daha sonra isə idarəetməni itirərək avtomobili yol kənarına aşırıb. Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.


Oxunub: 64
Oxşar xəbərlər
SON XƏBƏRLƏR