dini radikalizm və ekstremizmlə mübarizə

Qazaxıstanın Birinci Prezidenti Gününə həsr olunmuş “Elbası.


Djb.az xəbər verir ki, millət vəkili Adil Əliyev Müstəqillik. Parlament” adlı beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə həmin ölkədə səfərdədi. Beynəlxalq Parlament Konfransında çıxışım zamanı ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixi kökləri və bu günü barədə danışaraq, Ümummilli Lider Heydər Əliyev və Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən əsası qoyulmuş mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin dostluğumuza böyük töhfə verməsini qeyd etdi. Eləcə də, bu gün dövlət başçılarımızın bu münasibətləri uğurla davam etdirilməsinə diqqət çəkərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ikitərəfli münasibətlərimizdə xüsusi rol oynamasını qeyd etdi.

Adil Əliyev Şuranın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılmasının isə təşkilatın statusunun daha da yüksəlməsinin əyani təcəssümü olmasını, münasibətlərimizin inkişafında Türkdilli Ölkələrin Parlament Assambleyasının xüsusi rolu olmasını vurğuladı. Habelə, Milli Məclisin sədri xanım Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətinin TürkPA-nın 10-cu plenar iclasında iştirak etmək üçün bu ilin sentyabrında Türküstan şəhərinə işgüzar, eləcə də Nur-Sultan şəhərinə olan rəsmi səfərlərinin ölkələrimizin parlamentlərarası əməkdaşlığının inkişafına xüsusi təkan verməsini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR