dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyənin şəhərsalma naziri: "Azərbaycan Qurtuluş savaşında olduğu kimi bu gün də Türkiyənin yanındadır"

Türkiyənin şəhərsalma naziri: "Azərbaycan Qurtuluş savaşında olduğu kimi bu gün də Türkiyənin yanındadır"

Türkiyənin Ətraf mühit və şəhərsalma naziri Murat Kurum ölkədə günlərdir davam edən meşə yanğınları ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvələri, azərbaycanlı yanğınsöndürənlərin və texnikaların fəaliyyəti barədə danışıb.

Djb.az report-a istinadən xəbər verir ki, Muğlada "Böhran mərkəzi"ndə keçirilən iclasdan sonra jurnalistlərə açıqlama verən nazir, Azərbaycanın hər zaman olduğu kimi bu gün də Türkiyəyə dəstək verməsini təqdirəlayiq hesab edib:

"Yanğının ilk günlərindən Azərbaycan rəhbərliyinin təşəbbüsü əsasında Türkiyəyə 700 nəfərdən çox yanğınsöndürənin, xüsusi xilasetmə qruplarının və 90-dan artıq texnikanın göndərilməsi əsl qardaşlıq nümunəsidir. Azərbaycan Qurtuluş savaşında olduğu kimi bu gün də Türkiyənin yanındadır".

Azərbaycanlı yanğınsöndürənlərin Muğladakı yanğınların söndürülməsi istiqamətində misilsiz fədakarlıq göstərdiyini qeyd edən nazir, yaralı yanğınsöndürən və xilasedicilərimizə şəfa diləyib.

Oxunub: 525
Oxşar xəbərlər
SON XƏBƏRLƏR