dini radikalizm və ekstremizmlə mübarizə

Polisi döyən deputatın daha bir xoşagəlməz hərəkəti ortaya çıxdı — Rəsmi tədbirə qazaxıstanlı xanım aparıbmış

Polisi döyən deputatın daha bir xoşagəlməz hərəkəti ortaya çıxdı — Rəsmi tədbirə qazaxıstanlı xanım aparıbmış

İyul ayının 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsindən sonra, onun indiyədək törtədiyi daha bir sıra xoşagəlməz hərəkətləri ortaya çıxıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, demokrat.az-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, bu faktlardan biri də bir neçə il öncə Eldəniz Səlimovun Şimali Kipr Türk Cümhuriyyətinə səfəri zamanı baş verən hadisədir.

Belə ki, Şimali Kiprin müstəqillik günü ilə bağlı dəvət alan azərbayacanlı deputat bu ölkəyə tək getməyib. O, özü ilə qazaxstanlı bir xanımı apararaq, skandal yaradıb.

Hətta, Eldəniz Səlimov rəsmi qəbullarda belə həmin xanımla birgə olub. Onun bu xoşagəlməz hərkəti isə nə Şimali Kirp Türk Cümhriyyətinin, nə də türkiyəli parlamentarilər və rəsmilər tərəfindən müsbət qarşılanmayıb.

Onun bu xoaşgəlməz hərəkəti barədə diplomatik kanallar vasitəsi ilə Azərbaycan tərəfindən narahatçılıq ifadə edən etiraz məktubu göndərilib.

Oxunub: 387
Oxşar xəbərlər
SON XƏBƏRLƏR