dini radikalizm və ekstremizmlə mübarizə

"Ərdoğan başda olmaqla Türkiyə Azərbaycanın yanındadır" - Numan Kurtulmuş

"Ərdoğan başda olmaqla Türkiyə Azərbaycanın yanındadır" - Numan Kurtulmuş

“Ərdoğan başda olmaqla bütün Türkiyə Azərbaycanın yanındadır”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bunu Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün çağırışlar” mövzusunda keçirilən konfransda Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş deyib.

O bildirib ki, konfransın Qarabağ zəfərindən sonra keçirilməsi böyük qürurdur.

“Qarabağı və ətraf rayonları işğaldan azad etmək uğrunda mücadiləsində başda cənab Ərdoğan olmaqla bütün Türkiyə Azərbaycanın yanında idi. Bütün dünya Azərbaycan Ordusunun və Türkiyənin gücünü gördü. ATƏT-in Minsk qrupu Qarabağın işğalını və Xocalı soyqırımını görməzdən gəldi. Azərbaycan bu zəfərlə bir daha sübut etdi ki, hər hansı ölkənin, qurumun və siyasi təşkilatın köməyi olmadan da öz torpaqlarını azad etmək iqtidarındadır”, – N.Kurtulmuş vurğulayıb./report/

Oxunub: 369
Oxşar xəbərlər
SON XƏBƏRLƏR