dini radikalizm və ekstremizmlə mübarizə

Spiker: “Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələr Azərbaycan dövlətinin fəaliyyətində əksini tapır”

Spiker: “Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələr Azərbaycan dövlətinin fəaliyyətində əksini tapır”

“Sabah xalqımız Respublika gününü qeyd edəcək. 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın müstəqillik arzusunun təcəssümü idi”.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu, təkcə ölkəmizin deyil, bütün müsəlman şərqinin təkamülündə vacib rol oynayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələr Azərbaycan dövlətinin fəaliyyətində əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana qarşı ərazi iddiası olanlara gərəkli yerləri göstərilib. Bu gün qələbədən-qələbəyə addımlayan Azərbaycan dövləti gələcəkdə daha da inkişaf edəcək, dünyanın sayılıb-seçilən ölkələri arasında öz yerini alacaq”.

Sədr təklif edib ki, Respublika günü münasibətilə parlamentin adından Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq.

Təklif deputatlar tərəfindən dəstəklənib.

Oxunub: 471
Oxşar xəbərlər
SON XƏBƏRLƏR