dini radikalizm və ekstremizmlə mübarizə

Prezidentin köməkçisi Aİ-yə üzv ölkələrin səfirləri ilə görüşüb

Prezidentin köməkçisi Aİ-yə üzv ölkələrin səfirləri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri ilə görüşüb.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq "Twitter"də bildirib.

Almaniyalı diplomatın sözlərinə görə, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın dəvəti ilə baş tutan görüşdə regional sülh perspektivləri, Aİ və Azərbaycan arasında əməkdaşlıq sahələri barədə müzakirələr aparılıb.

Oxunub: 532
Oxşar xəbərlər
SON XƏBƏRLƏR