dini radikalizm və ekstremizmlə mübarizə

Zelenskinin sanksiya qərarına Rusiyadan REAKSİYA GƏLDİ

Zelenskinin sanksiya qərarına Rusiyadan REAKSİYA GƏLDİ

Ukrayna Prezidenti Vladimir Zelenskinin bir çox Ukrayna, Rusiya və digər xarici şirkətlərə qarşı sanksiya tətbiq etməsi Krımın Rusiya ərazisi kimi tanınması kimi şərh edilməlidir.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu fikri RİA Novosti-yə Federasiya Şurasının beynəlxalq komitə rəhbərinin birinci müavini Vladimir Cabbarov deyib.

Onun sözlərinə görə, Kiyev Moskva ilə münasibətlərini kəskinləşdirsə də, Ukrayna Rusiya qazı ilə pul qazanmağa davam edir. “Rusiya ilə münasibətlərin pisləşməsi halında NATO-nun onların yanında olacağını düşünürlərsə, bunun ehtimalı azdır”, – deyə siyasətçi fikrini yekunlaşdırıb.

Millət vəkili Rusiya Xarici İşlər Nazirliyinin bu hadisələri qiymətləndirəcəyinə və Moskvanın Ukraynaya qarşı tətbiq etdiyi sanksiyaların daha təsirli ola biləcəyinə əmin olduğunu deyib.

Oxunub: 385
Oxşar xəbərlər
SON XƏBƏRLƏR