dini radikalizm və ekstremizmlə mübarizə

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı yola düşüb

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı yola düşüb

"TURKUAZ" layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Türkiyədən yola düşüb.

Djb.az xəbər verir ki, "ADY Container"dən "APA-Economics"ə verilən məlumata görə, qatar hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdir. Paysan stansiyasından yola çıxan qatarın yükü isə bitki mənşəli heyvan yemidir.

"TURKUAZ" "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container"in Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsuldur.


Ekspress konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul və Mersin şəhərlərindən Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək. Layihə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcminin artmasına da xidmət edəcək.

Oxunub: 325
Oxşar xəbərlər
SON XƏBƏRLƏR