dini radikalizm və ekstremizmlə mübarizə

Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş başlayıb

Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş başlayıb

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

Djb.az Apa-ya istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilir.

Qeyd edək ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfərə gəlib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova rusiyalı nazirin azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşlər keçirəcəyini açıqlayıb. Onun sözlərinə görə, görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri, Dağlıq Qarabağdakı vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin gedişatının müzakirəsi planlaşdırılır.

Oxunub: 419
Oxşar xəbərlər
SON XƏBƏRLƏR