dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistan Ordusunun bitib tükənməyən baş ağrısı.


Ermənistanın müharibədəki məğlubiyyət fonundan sonra məğlubiyyətdə kimin günahkar olduğu barədə qarşılıqlı ittihamlar ətrafında qızğın mübahisələr davam edir. Məsələn, Baş nazir Nikol Paşinyanın komandası ordunu günahlandırır, ciddi kadr dəyişikliyi etmədiklərini və hamısının eyni köhnə kadr olduqlarını əks dəlil kimi təqdim edir. Tənqidçilər deyirlər ki, əvvəllər ordu daha səmərəli idisə, necə olur ki, eyni heyət işləmirdi.
Problem həm də Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra, Ermənistan Respublikası Silahlı Qüvvələrində daim qarışıqlıq və kadr dəyişiklikliyi ilə üzləşib. Misal üçün müharibə başlamazdan əvvəl qondarma respublikasının Müdafiə Ordusunda Levon Mnatsakanyan nazir təyin edildi, daha sonra onu Karen Abrahamyan, Abrahamyanı isə Cəlal Harutyunyan əvəz etdi. Əslində, Leon Mnatsakanyanın işdən çıxarılmasının siyasi motivləri var idi və Abrahamyan qeyri-döyüş zamanı itkilərinin sayının artmasından sonra qovulmuşdu, üstəlik bu, Nikol Paşinyanın qeyri-döyüş zamanı itkilərinin azaldığını qürurla elan etməsi fonunda baş verdi. Və buda ki, həqiqətə uyğun gəlmirdi.
Qeyd etməliyik ki, “Müdafiə Ordusu”nun komandirləri bu vəzifəyə başlamazdan əvvəl mütlək qaydada Ermənistanın Baş Gərargah rəisinin müavini təyin edilirdilər və bu da onlara Ermənistanın bütün təhlükəsizlik sisteminin işi ilə bağlı məlumat və fikirlərini genişləndirmək imkanı verdi. Onlar həmdə ER Silahlı Qüvvələri korpusunun komandirləri ilə də birbaşa əlaqə qururdular, bir sözlə, rotasiya həm Movses Hakobyan, Levon Mnatsakanyan, həm də Qaren Abrahamyanın keçdiyi çox ciddi və müsbət bir təcrübə idi, lakin Cəlal Harutyunyan bu təcrübəni keçməmişdir.
ER Baş Gərargah rəisinin dəyişikliyinə gəldikdə isə Paşinyan hakimiyyətə gələndə Movses Hakobyanı dəyişdirdiyini, onun yerinə isə Artaq Davtyan təyin olundu. Bildiyimiz kimi, koronavirus bəhanəsi ilə A.Davtyan vəzifəsindən azad edildi. Onu isə hal-hazırda Baş Qərargahın rəhbəri olan Oniq Qasparyan əvəz etdi. Faktiki olaraq O.Qasparyan 2,5 il ərzində 3-cü Baş Gərargah rəisi idi.
Əlbəttə ki, belə böyük strukturlarda, nə qədər köklü və dayanıqlı olsa da, rəhbər şəxslərin davamlı dəyişməsi strukturun işinə mənfi təsir göstərməli idi. Ancaq ilk öncə nəzərə almaq lazımdır ki, Baş Qərargah rəhbərinin bütün iş həcmi ilə tanış olması üçün yarım ildən bir ilədək vaxt lazımdır.
Bundan başqa istər qondarma respublikasının “Müdafiə Ordusu”nun istərsədə Ermənistan Respublikasının ordusunun Baş Gərargah rəhbərlərinin dəyişdirilməsindən əlavə, rəhbərləri, müavinləri, köməkçiləri, korpus komandirləri də dəyişdi. Yəni sistemli dəyişikliklər bir nəfərin dəyişməsi demək deyil, paralel olaraq komandanın dəyişməsi də deməkdir. Belə bir vəziyyətdə strukturun səmərəli işləyə bilməməsi məntiqlidir. Üstəlik, rəhbərlərdən biri 6 ay yol polisi işçisi kimi çalışmışdı. Başqa sözlə, rəhbərliyin davamlı olaraq dəyişdirilməsi effektiv idarəetmə yaratmaq mümkünlüyü yaratmır.
Eyni problem Ermənistan polisində də baş verdi. Bu siyasət, hazırkı hakimiyyətin əvvəlkilərdən heç bir şey almadıqlarını və hər şeyi sıfırdan başlatdıqlarını qürurla elan etmələri istər-istəməz uğursuzluğa gətirib çıxartdı. Dövlət qurumunun, mənası hər dəfə sıfırdan başlamaq deyil, yəni sistemin institusional bir yaddaşı olmalıdır.

Telman Qasımov,
Hərbi-Siyasi Ekspert

Oxunub: 1 009
Oxşar xəbərlər
SON XƏBƏRLƏR