dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan və Pakistan memorandum imzaladı

Azərbaycan və Pakistan memorandum imzaladı

Azərbaycan və Pakistan bu gün təbii fəlakətlər zamanı əməliyyatların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

KONKRET.az xəbər verir ki, imza mərasimi İslamabadda – Pakistan Xarici İşlər Nazirliyində baş tutub.

Memorandumu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureşi imzalayıblar.

Tədbirdə həmçinin Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) sədri general-leytenant Axtar Navaz da iştirak edib.

Razılığa əsasən, Azərbaycan və Pakistan fövqəladə hallar və təbii fəlakətlər zamanı bir-birinə kömək edəcəklər.

Oxunub: 608
Oxşar xəbərlər
SON XƏBƏRLƏR