dini radikalizm və ekstremizmlə mübarizə

Bu barədə Paşinyana əvvəldən xəbər verilmişdi - Ambartsumyan

Bu barədə Paşinyana əvvəldən xəbər verilmişdi - Ambartsumyan

Ermənistan Təhlükəsizlik Şurasının 19 oktyabrda parlamentin müxalif fraksiya nümayəndələrinin iştirakı ilə baş tutan iclasında Baş Qərargah rəisi Onik Qasparyan çox aydın şəkildə situasiyanı izah etdi və Ermənistanın sadəcə məğlubiyyətə doğru getdiyini deyib, hərbi fəaliyyətləri dayandırmağı təklif etdi.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Mikayıl Ambartsumyan “5-ci kanal”a müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi fəaliyyətlərin dayanmasına o zamankı müdafiə naziri David Tonoyan da dəstək verib:

“Kifayət qədər ətraflı müzakirələr oldu, amma bundan sonra qərar qəbul edilmədi”.

Ambartsumyan Rusiyanın Qarabağda hərbi fəaliyyətləri dayandırmaq barədə təklifinin Təhlükəsizlik Şurasına təqdim edilmədiyini deyib./axar.az/

Oxunub: 417
Oxşar xəbərlər
SON XƏBƏRLƏR