Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.
Bu barədə şuranın Mətbuat xidməti öz feysbuk hesabında paylaşım edib.
Teleqrama qadağa qoyulması barədə qərar sentyabrın 19-da verilib.
Məlumata görə, məmur, hərbi qulluqçu, təhlükəsizlik və müdafiə sahəsinin əməkdaşları, eləcə də vacib infrastruktur operatorlarına xidməti cihazlarda teleqramı quraşdırmaq və mesencerdən istifadə qadağan edilib.
Bununla yanaşı, sözügedən qadağa xidməti öhdəliyinə teleqramdan istifadə də daxil olan dövlət qulluqçularına şamil edilməyəcək.
Bildirilib ki, bu barədə qərar təhlükəsizlik məsələlərinə görə verilib. Ukrayna xüsusi xidmət orqanları Rusiyanın teleqramı kiberhücum və raket hücumlarını tənzimləmək üçün istifadə etdiyini iddia edib.
Oxunub: 35