dini radikalizm və ekstremizmlə mübarizə

Bidzina İvanişvilinin yerinə namizəd müəyyənləşib

Bidzina İvanişvilinin yerinə namizəd müəyyənləşib

Gürcüstanın hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsinə parlamentin sabiq sədri İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.

APA-nın xəbərinə görə, bu barədə partiyanın Baş katibi Kaxa Kaladze partiyanın Siyasi şurasının iclasından sonra açıqlamasında bildirib.

Onun sözlərinə görə, yanvarın 16-da partiyanın konqresi keçiriləcək və konqres partiyanın yeni sədrini seçəcək.

Qeyd edək ki, bu gün hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasınınn təsisçisi və sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb. O, partiya sədrliyindən və partiyaya üzvlükdən istefa verib.

Oxunub: 373
Oxşar xəbərlər
SON XƏBƏRLƏR