dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan: Bəyanatın 8-ci bəndi bizim üçün daha vacibdir…

Paşinyan: Bəyanatın 8-ci bəndi bizim üçün daha vacibdir…

Ermənistann Baş naziri Nikol Paşinyan Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Qarabağla bağlı üçtərəfli bəyanatında erməni tərəfi üçün prioritet məqamları açıqlayıb.

Djb.az teleqraf.com-a istinadən xəbər verir ki, N.Paşinyan feysbuk profilində yazır ki, İrəvan üçün ilk növbədə bəyanatın 8-ci bəndinin reallaşdırılması, yəni əsirlərin, girovların və saxlanılan şəxslərin tammiqyaslı mübadiləsi, həmçinin, döyüş əməliyyatları zonasında axtarış-xilasetmə əməliyyatlarının miqyasının genişləndirilməsi vacibdir.

Paşinyan üçtərəfli bəyanatda Ermənistan ərazisi ilə əlaqədar hər hansı “Mehri” və ya “dəhliz” sözünün olmadığını vurğulayıb. Həmçinin, onun sözlərinə görə, Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana marşrutların seçimi ayrıca müzakirə predmetidir, bunun effektivliyi hərbi əsirlər və ölülərin cəsədlərinin axtarılması probleminin necə həll olunmasından asılıdır.

Oxunub: 522
Oxşar xəbərlər
SON XƏBƏRLƏR