dini radikalizm və ekstremizmlə mübarizə

“Bakı Rusiyanın Qafqazda əl-qolunu bağlayır” - "Moskovskiy komsomolets"

“Bakı Rusiyanın Qafqazda əl-qolunu bağlayır” - "Moskovskiy komsomolets"

“Ötən il İlham Əliyev Rusiya liderinə çox sayda xoşagəlməz anlar yaşatdı. Hadisələrin bu gedişi gələcəkdə də bu ruhda davam edəcəyini açıq-aydın göstəriri. İlham Əliyev öz oyununu inamla oynadığını sübut etdi. Və imkanlarını artırmaqla yalnız Rusiyanı deyil, ikinci yaxın müttəfiqi olan Türkiyəni də yanına çəkdi. Məhz onun təşəbbüsü ilə Dağlıq Qarabağda müharibə başladı və sonda İlham Əliyevin istədiyi bir razılaşma imzalandı. Bundan sonra isə Bakı küçələrində Ərdoğanla birgə zəfər paradı keçirdi. Həmin paradda isə Türkiyə prezidenti açıq şəkildə “Azərbaycan torpaqlarının azad edilməsi mübarizəyə son qoymaq demək deyil”, – dedi və Qafqazın fatehi Enver Paşanı təriflədi. Kremlin bu açıqlamalara heç bir reaksiya verməməsi isə ciddi narahatlıq doğurur”.

KONKRET.az xəbər verir ki, bu fikirlər “Moskovskiy komsomolets” qəzetinin 2020-ci ilin siyasi yekunları və növbəti ilin prioritetləri mövzusunda hazırladığı analitik yazıdan götürülüb. “Xaos Rusiya sərhədlərinə yaxınlaşır” məqaləsində Moskvanı MDB dövlətlərindən 2021-ci ildə gözlənilən siyasi təhlükələr barədə ətraflı söhbət açılır. Analitik yazıda qeyd olunur ki, 2021-ci ildə “ən böyük baş ağrısı” Bakıdan gözlənilir. Çünki son vaxtlar rəsmi Bakı atdığı bir çox addımları Kremllə məsləhətləşmədən və Moskvanın maraqlarını nəzərə almadan atır.

Nəşr yazır: “Artıq Rusiya-Azərbaycan münasibətlərində üçüncü bir tərəf var-Türkiyə. Ankara görünən və ya görünməyən bir şəkildə regiondakı hadisələrin iştirakçısına çevrilir. Və Qafqazda güc tarazlığı getdikcə Kremlin əleyhinə dəyişir. NATO ölkələrindən biri Bakının dəvəti ilə artıq bölgədə yerləşir. Bu isə Rusiyanın Qafqazda əl-qolunu bağlayır”.

“Moskva Azərbaycana öz narazılığının ləng siqnallarını göndərməyə çalışdı. Xüsusən də 10 dekabrda. Rusiya Federasiyasına Azərbaycan ixracatının ikinci əsas məhsulu olan pomidor idxalı qadağan edildi. Lakin Putinin İlham Əliyevlə söhbətindən sonra bu məhdudiyyətlər götürüldü. Bu da onu göstərir Bakı öz siyasətində tam müstəqildir və bu siyasəti müəyyənləşdirərkən çox vaxt Moskvanın maraqları nəzərə alınmır. Bu isə 2021-ci ildə Rusiya üçün əlavə problemlər yaradacaq”.

Oxunub: 353
Oxşar xəbərlər
SON XƏBƏRLƏR