dini radikalizm və ekstremizmlə mübarizə

“Niyə Azərbaycanda avqustdan səfərbərlik həyata keçirildiyi halda Ermənistanda başlanmadı?” - Erməni vəkil Paşinyandan soruşur

“Niyə Azərbaycanda avqustdan səfərbərlik həyata keçirildiyi halda Ermənistanda başlanmadı?” - Erməni vəkil Paşinyandan soruşur

Ermənistanın tanınmış hüquqşünası, vəkil Yervand Varosyan hökumətə bir sıra açıq suallar ünvanlayıb.

KONKRET.az xəbər verir ki, o, Paşinyan iqtidarını ölkəni məğlub duruma salmaqda ittiham edərək, bu günə kimi ordunun zəiflədilməsindən söz açıb.

“Niyə Ermənistandan Rusiyaya ölkəmizdəki “hava şəraitinin” dəyişdiyinə dair mesajlar göndərildi? Bu gün müharibənin qaçılmazlığı barədə danışanlar niyə dövləti müharibəyə hazırlamadılar? Yayda Azərbaycanın Türkiyə PUA-ları əldə etməsi barədə məlumatlar ortaya çıxanda Ermənistan niyə müvafiq addımlar atmadı? Niyə Azərbaycanda avqustdan səfərbərlik həyata keçirildiyi halda Ermənistanda başlanmadı? Bəs müharibə əsnasında Ermənistanda səfərbərlik niyə dayandırıldı?

Həmçinin hansı səbəbdən hərbi vəziyyət elan edildi və bu ancaq yalnız söz və toplaşmaq azadlığı ilə məhdudlaşdırıldı? Bizə müharibə boyu niyə kobud şəkildə yalan danışdınız? Nə üçün könüllülər və ya müxtəlif dövlət qurumlarının bölmələri ilə müharibə aparmamaq ideyası ortaya çıxdı? Nədən döyüşlər müharibənin əvvəllərində Ermənistana bir neçə dəfə təklif olunan vaxtlarda dayandırılmadı? Hayastan Ümumerməni Fondu vasitəsilə toplanan vəsaitlərdən çəkilən xüsusi xərclər barədə niyə ictimaiyyətə məlumat verilmir? Niyə erməni tərəfinin itkilərinin əsl mənzərəsi hələ də cəmiyyətdən gizlədilir?”, – deyə Varosyan baş nazir Nikol Paşinyana çoxsaylı suallar ünvanlayıb.

Qeyd edək ki, Varosyanla yanaşı bəzi tanınmış ermənilər də bu və digər suallara cavab tapmaq üçün Ermənistan rəhbərliyinə müraciət ediblər.

Oxunub: 343
Oxşar xəbərlər
SON XƏBƏRLƏR