dini radikalizm və ekstremizmlə mübarizə

Maksim Yusin: "Müqavilədən çıxmaq Ermənistan üçün intihar deməkdir"

Maksim Yusin: "Müqavilədən çıxmaq Ermənistan üçün intihar deməkdir"

Ermənistan müxalifəti və əhalisi bu gecə elan edilmiş sülh müqaviləsindən imtina etməkdə israrlıdırlar. Bütün ermənilərin katolikosu II Qaregin də öz növbəsində Ermənistan və Qarabağ liderlərindən “qərarın hərtərəfli izahını” tələb edib.

KONKRET.az xəbər verir ki, bu məsələ hazırda Rusiya ictimai fikrini məşğul edən əsas məsələdir. Tanınmış politoloq Maksim Yusin “Kommersant” qəzetinə müsahibəsində bilirib ki, “Ermənistanın müqavilədən çıxması fəlakət və intihardır. Ermənistan və qurama respublikanın rəhbərliy xalqı aldatdı. Şuşanın 5 noyabrda qismən, 7 noyabrda isə tamamilə itirildiyini etiraf etmədi. Bütün bu müddət ərzində həm Stepanakertdə, həm də İrəvanda səlahiyyətlilər həmvətənlərini hər şeyin nəzarət altında olduğunu, Şuşa uğrunda döyüşü qazandıqlarını dedilər. Yəni ermənilər xəyallar dünyasında yaşayırdılar. İndi bu vəziyyətdən çıxmaq ağrılıdır. Ancaq bu, lazımdır. Həqiqətə özünüzü alışdırmalısınız. Və həqiqətsə budur ki, Şuşa itirildikdən sonra qələbə itirilir”, – deyə o bildiriib. Daha sonra isə bunları söyləyib: “Məğlubiyyətə düçar olmaq acıdır. Xüsusilə qələbələrə alışdığın zaman. Ancaq indi duyğuların və bu duyğular üzərində oynayan populist siyasətçilərin arxasınca getmək, ölkəni itirmək demək olacaq. Ermənistanın oyanması, özünə gəlməsi və yeni, qəddar bir gerçəklikdə yaşamağı öyrənməyə başlamasının vaxtı gəldi. Digər, variant isə təəssüf ki, yoxdur”.

Oxunub: 412
Oxşar xəbərlər
SON XƏBƏRLƏR