dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistanın baş qərargah rəisi parlamentə çağırıldı: "Biz hələ də müharibə vəziyyətindəyik"

Ermənistanın baş qərargah rəisi parlamentə çağırıldı: "Biz hələ də müharibə vəziyyətindəyik"

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan “Çiçəklənən Ermənistan”, “Vətən”, “Daşnaksütyun” partiyalarının rəhbərləri ilə görüşüb.

KONKRET.az Erməni KİV-ə istinadən xəbər verir ki, görüş zamanı ölkədəki vəziyyət müzakirə olunub.

“Biz xalqımızı sakitliyi qorumağa çağırırıq. Biz hələ də müharibə vəziyyətindəyik. Siyasi partiyalar Ermənistan Silahlı Qüvvələrinə və Müdafiə Ordusuna qeyd-şərtsiz dəstək verirlər. Siyasi qüvvələr əmin edirlər ki, tərəfdaş partiyalarla razılığa əsasən, yaxın saatlarda yaranmış vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış edəcəklər”, – siyasi partiyaların görüşün yekunlarına dair birgə bəyanatında deyilir.

Oxunub: 391
Oxşar xəbərlər
SON XƏBƏRLƏR