dini radikalizm və ekstremizmlə mübarizə

İran mediası: "İşğalçılığa və təcavüzə qarşı 30 illik sükut"

İran mediası: "İşğalçılığa və təcavüzə qarşı 30 illik sükut"


İranın ziyalı və mədəni elitası işğalçıların 30 ildir Azərbaycana qarşı törətdiyi cinayətləri müharibə saymır, amma Azərbaycanın 5 həftədir həyata keçirdiyi hərbi əməliyyatları iki qonşu ölkə arasında müharibə kimi qiymətləndirir, üstəlik, tərəfləri müharibəni dayandırmağa, sülh və əmin-amanlıq şəraitində birgə yaşamağa çağırır.

Ermənistan hərbi təcüvüz nəticəsində 30 ilə yaxındır Azərbaycan ərazisinin təxminən 20%-ni işğal altında saxlayır. Ermənilər bu işğal zamanı minlərlə müsəlman azərbaycanlı qadını, saysız-hesabsız uşağı qətlə yetirib. Onlar müsəlman Azərbaycan türklərini qorxutmaq üçün yüzlərlə insanı diri-diri doğrayıb, 1 milyon insanı ata-baba yurdundan qovub. Bütün bu hadisələrin üzərindən təxminən 30 il keçir.

Amma….

Azərbaycan 5 həftədir ki, işğal altındakı torpaqlarını geri qaytarmaq üçün hərbi əməliyyatlar keçirir. Minlərlə günahsız azərbaycanlının kütləvi qətliamına, 1 milyon Azərbaycan türkünün öz yurdundan didərgin salınmasına 30 ildir reaksiya göstərməyən İranın sosial-mədəni dairələri Bakının 5 həftədir həyata keçirdiyi əməliyyatlardan o qədər təsirlənib ki… Sanki onların vicdanı indi oyanıb. Onlar Azərbaycanı əməliyyatları dərhal dayandırmağa səsləyirlər.

Deyirlər ki, “bütün vicdanlı şəxslər insan ləyaqəti naminə müharibəni pisləməli, tərəfləri dialoqa, sülhə dəvət etməlidir”.

Bəs bu vicdan ötən 30 ildə Ermənistanı bir dəfə də olsun Qafqazın müsəlman türklərini qətlə yetirməməyə çağırıbmı? Azərbaycanın ərazilərini işğaldan azad etmək üçün 5 həftədir apardığı əməliyyatların arxasında necə bir sirr var ki, mərkəzə (İran hökumətinə) bağlı mədəniyyət və incəsənət dairələri bu qədər əl-ayağa düşüb?

Bu sadə sualın cavabı çox ağrılıdır. İranın mərkəzçi yönümlü ziyalı-mədəni elitası bu cavabı eşitmək istəməz. Onlar bu sualın cavabından çox qorxurlar.

İnanmırsınız?

Bəyanatı yenidən oxuyun. Onların hər sözündə, cümləsində qorxu, iztirab görəcəksiniz!

İranın ziyalı elitası bu qorxuya qalib gəlmədən demokratiya və inkişafa nail ola bilməyəcək. Bu dairələr özləri-özlərinə mütləq bu sualı verməlidirlər: 30 illik erməni təcavüzü, qətliamları onların vicdanını niyə sızlatmayıb? Və Azərbaycanın öz ərazilərini işğaldan qurtarmaq üçün 5 həftədir apardığı əməliyyatlar onları niyə belə təlaşa salıb? Bu qədər fərqli yanaşma nədən qaynaqlanır? Bu düşüncə onların beynində necə yuva salıb?

Müəllif: Həsən Ərk

Mənbə: ARAZ NEWS

Oxunub: 352
Oxşar xəbərlər
SON XƏBƏRLƏR