dini radikalizm və ekstremizmlə mübarizə

Stanislav Pritçin: “Ermənistan məğlubiyyətə məhkum idi”

Stanislav Pritçin: “Ermənistan məğlubiyyətə məhkum idi”

“1990-cı illərdə müharibəni Ermənistana uduzan Azərbaycan bu gün tamamilə fərqli bir ölkədir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi, tarix elmləri namizədi, IMEMO RAN Post-Sovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin “Profil” portalındakı analitik materialında vurğulayıb.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında şiddətli qarşıdurmada birincinin məğlubiyyətinin səbəbləri çox dərindir. Belə ki, 1-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın iqtisadi inkişafı heyrətamiz dərəcədə yüksəldi. Söz yox ki, danışıqlarda uğur qazanmayan Azərbaycan münaqişə üçün daxili stimullar qazanırdı.

S.Pritçin hesab edir ki, Rəsmi Bakı respublikanın qlobal enerji və nəqliyyat marşrutlarına inteqrasiya etməsinə imkan verən böyük infrastruktur və enerji layihələri həyata keçirməklə Cənubi Qafqazda önəmli şəkildə hərbi sahədə möhkəmlənməyə başladı.

Bu illər ərzində isə Ermənistan çox az əlverişli şəraitdə inkişaf edirdi, zəngin karbohidrogen yataqlarına, dənizə çıxışa və qonşu ölkələrdən ikisiylə – Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması səbəbindən ətraf ölkələrlə normal qarşılıqlı əlaqə qurma qabiliyyətinə malik deyildi. Bu, təbii olaraq respublikanın iqtisadi inkişafına təsir göstərirdi. Əsas siyasi və iqtisadi tərəfdaşı olan Rusiya ilə Ermənistan Gürcüstan üzərindən çox sabit quru rabitə qurmurdu.

Politoloq onu da vurğulayır ki, Azərbaycan əhalisi Ermənistan əhalisindən üç dəfə çoxdur. Bütün bunlar Azərbaycan cəmiyyətində öz üstünlüyü hissinin artmasına, intiqam almaq və itirilmiş əraziləri nəyin bahasına olursa-olsun geri qaytarmaq istəyinə kömək edirdi.

Bir sözlə Ermənistan məğlubiyyətə məhkum idi.

Oxunub: 393
Oxşar xəbərlər
SON XƏBƏRLƏR