dini radikalizm və ekstremizmlə mübarizə

“Ermənistanın Baş Naziri yenidən yalan danışır” - Hikmət Hacıyev

“Ermənistanın Baş Naziri yenidən yalan danışır” - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nikol Paşinyanın öz tvitter mikrobloqunda ABŞ Prezidenti Donald Trampın adını işarələyərək Ermənistanın Vaşinqton razılaşmasına əsasən atəşkəs rejiminə əməl etmələrinə dair tvitterdəki paylaşımına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Hikmət Hacıyev tvitter səhifəsində bunları yazıb:

“Ermənistanın Baş Naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə qarşı hücum edir”.

Oxunub: 349
Oxşar xəbərlər
SON XƏBƏRLƏR