dini radikalizm və ekstremizmlə mübarizə

Şərqşünas alim Livan TV kanalına müsahibə verdi


Djb.az xəbər verir ki, AMEA - Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, şərqşünas Elnur Mustafayev 16 oktyabr Livan Respublikasının "Məyadin" televiziya kanalına müsahibə verib. Azərbaycanlı şərqşünas müsahibəsində Ermənistan hakimiyyətinin hərbi təxribatlara əl atdığı, dinc əhalini qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutması, həmçinin yaşayış məntəqələrinə atılmış balistik raketlər nəticəsində mülki əhaliyə dəymiş maddi və mənəvi zərərlər haqqında ətraflı məlumat verib. Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, Elnur Mustafayev oktyabr 17-də dünyanın nəhəng xəbər agentliklərindən biri olan BBC Arabic - ə müsahibə verib. Azərbaycanlı şərqşünas, müsahibədə bu gün ermənistan hərbi-siyasi qüvvələrinin Gəncə şəhərini məruz qoyduğu terror hücumu barəsində məlumat verib. O, həmçinin hücum zamanı içərisində iki az yaşlı uşaq olmaq şərti ilə həlak olmuş mülki vətəndaşlar haqqında söhbət açmış, Ermənistan hakimiyyətinin həyata keçirdiyi terror və işğalçılıq siyasəti haqqında məlumatlarə geniş ərəbdilli izləyici kütləsinə çatdırıb.

Oxunub: 409
Oxşar xəbərlər
SON XƏBƏRLƏR