dini radikalizm və ekstremizmlə mübarizə

Putin Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI - Bakıya və İrəvana zəng etdi

Putin Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI - Bakıya və İrəvana zəng etdi

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də gecə saatlarında Dağlıq Qarabağla bağlı müraciət edərək, münaqişə tərəflərini humanitar səbəblərdən hərbi əməliyyatları dayandırmağa çağırıb.


Modern.az xəbər verir ki, Kremlin mətbuat xidməti bildirib ki, Rusiya lideri Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları aparıb.


Putin əsirlər və döyüş meydanında qalmış meyitlərin dəyişdirilməsi üçün bölgədəki qarşıdurmanın dayandırılmasının vacibliyini vurğulayıb.

Kremlin mətbuat xidməti onu da bəyan edib ki, Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə bu mövzuda məsləhətləşmələr aparmaq üçün 9 oktyabrda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvaya dəvət olunub.

Oxunub: 423
Oxşar xəbərlər
SON XƏBƏRLƏR