dini radikalizm və ekstremizmlə mübarizə

KTMT ölkəsi Bakını açıq şəkildə müdafiə etdi

[center]KTMT ölkəsi Bakını açıq şəkildə müdafiə etdi[/]
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Qarabağın da aid edildiyi dondurulmuş konfliktlərlə bağlı danışıb.

Axar.az xəbər verir ki, Tokayev təəssüflə BMT-nin yarandığı gündən dünyanın çoxsaylı regional və millətlərarası konfliktlərdən xilas ola bilmədiyini deyib.

O, Qazaxıstanın bütün konfliktlərin siyasi-diplomatik yolla həllinin tərəfdarı olduğunu deyib.

Tokayev çıxışı zamanı, həmçinin beynəlxalq hüququn baza prinsiplərinə əməl etməyin vacib olduğunu qeyd edib:

“Dondurulmuş və ya zamanı uzadılmış kimi dəyərləndirilən regional konfliktlər müasir beynəlxalq hüququn əsasını təşkil edən BMT Nizamnaməsinin iki əsas prinsipi arasında fundamental ziddiyyət yaradıb. Bu, dövlətin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinidir. Son prinsip dövlətlərin müstəqillik qazanıb, müstəmləkə asılılığından azad olanda xüsusilə aktuallaşıb. Hazırkı ana qədər dünya öz müqəddəratını həll edib. Ona görə də dövlətin ərazi bütövlüyü prinsipi hazırdı birinci plana çıxıb və prioritet əhəmiyyət kəsb edir. Mövcud konfliktləri dəyərləndirən zaman hazırlanan yanaşmalarda biz gərək BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrini əsas tutaq”.

Qeyd edək ki, Qazaxıstan həm də Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Oxunub: 399
Oxşar xəbərlər
SON XƏBƏRLƏR