Kanada və İrlandiya Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.
KONKRET.az xəbər verir ki, bu barədə iki ölkənin XİN başçılarının bəyanatlarında deyilir.
Kanadanın XİN başçısı Fransua-Filipp Şampan seçkilərin nəticəsini saxta olduğunu bildirib, azad və ədalətli səsvermənin keçirilməsinə çağırıb.
Şampan ATƏT-dən Belarusdakı seçkiləri araşdırmağı istəyib.
Nazir bəyanatında nümayişçilərə qarşı tətbiq edilən “sərt tədbirləri” pisləyib.
İrlandiyanın XİN rəhbəri Saymon Kovenin Belarusdakı seçkilərin nəticələri legitim olmadığını bildirib:
“Seçkiqabağı və sonrası hədə-qorxular və saxlanılmalar və iqtidarın bütün dünyada baş verən irimiqyaslı dinc etirazlara reaksiyası bunu sübuta yetirir”.
Oxunub: 513