Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın işlətdiyi “İyul hadisələri zamanı baş nazir Paşinyan bütün prosesə rəhbərlik edib” ifadəsinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
“Bəli, Nikol Paşinyan – Marşal Jukovdur, şəxsən rəhbərlik edib. Rəhbərlik etsəydi, David Tonoyandan “Bəlkə azıblar?” soruşmazdı” – deyə Eduard Şarmazanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Partiyanın mətbuat katibinin sözlərinə görə, hazırkı hakimiyyətin iş üslubu ona Brejnevin dövründəki Sovet İttifaqı Kommunist Partiyasını xatırladır.
“Bilmirəm, Brejnevin adının çəkilməsi bu məqamda uyğun idi, yoxsa yox? Əgər bu, belədirsə, onda Şuşa şəhərinin, Talış kəndinin alınmasına, Berlinin də tutulmasına Nikol Paşinyan rəhbərlik edib. Tamam, hər şeyin bir həddi var. Bu, açıq şəkildə anti-milli bir hökumətdir” deyib Eduard Şarmazanov.
Oxunub: 493