dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyadan çağırış: Atəşi dərhal dayandırın!

Rusiyadan çağırış: Atəşi dərhal dayandırın!

Dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan–Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb.

Axar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədəki açıqlamasında aşağıdakıları bildirib:

“Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Sergei Lavrov tərəfləri qəbul etdikləri öhdəlikləri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa nümayəndələrinin, ATƏT-in fəaliyytdəki sədrinin şəxsi köməkçisinin təkliflərini nəzərə almaqla atəşi dərhal dayandırmağa, təmkinli olmağa çağırıb”.

Rusiyalı nazir, həmçinin Bakı və İrəvanla təmasları çərçivəsində “istər ölkə olaraq, istərsə də ATƏT-in Minsk Qrupu həmsədri sifətilə” vasitəçilik missiyasına bundan sonra da davam edəcəklərini vurğulayıb.

Oxunub: 448
Oxşar xəbərlər
SON XƏBƏRLƏR