dini radikalizm və ekstremizmlə mübarizə

Millət vəkili: "Sərəncam Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətdir"

Millət vəkili: "Sərəncam Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətdir"

"Azərbaycan Prezidentinin "Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncamı hər şeydən öncə Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndrilməlidir".

Bunu APA-ya açıqlamasında millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Millət vəkili deyib ki, hər kəsə bəllidir ki , koronovirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə, "əsgərlərimiz" həkilmlərimiz və digər tibbi xidmət personalımızdır: "Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Xəstə yaxınlarının ümid yerinə çevrilirlər və eyni zamanda bir qədər də təzyiq altında olurlar. Çünki hər birimizin onlardan gözləntilərimiz olduqca böyükdür. Belə vəziyyətdə heç şübhəsiz ki, tibbi xidmət sahəsində fədakar əmək sərf edən vətəndaşlarımız əməklərinin maddi qarşılığını almalı, gündəlik qayğılardan azad olmalıdırlar. Azərbaycan Prezidenti tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarının üç, beş dəfə artırılması da məhz bu kimi problemləri həll etmək istiqamətində atılan addımdır".

H.Babaoğlu qeyd edib ki, sərərncam təkcə tibb işçilərinə qayğı kimi deyil, həm də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirilməlidir: "Çünki hər xəstənin müalicəsi özlüyündə növbəti yoluxma hadisəsinin qarşısının da alınması deməkdir. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vərəndaşı yoluxdurma potensialına sahibdir və buna qarşı vaxtında mübarizə aparmaq lazımdır. Ona görə də Prezidentin sərəncamı həm də xəstəliyə qarşı önləyici tədbirləri motivasiya edən addım kimi də qiymətləndirilə bilər".

Oxunub: 425
Oxşar xəbərlər
SON XƏBƏRLƏR