Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişeli Çankayadakı Administrasiyada qəbul edib.
APA-nın NTV-yə istinadla verdiyi xəbərə görə, 2 saata qədər çəkən görüşdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
Görüşdə Türkiyə-Avropa İttifaqı münasibətləri, miqrantlar və İdlibdəki vəziyyətin müzakirə olunduğu bildirilib.
Oxunub: 472