Şri-Lanka Prezidenti Qotabay Rajapaksa parlamentin buraxılması barədə sərəncam imzaılayıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli “Ada Derana” nəşri rəsmi məlumat dərc edib.
Sərəncama görə, prezident Şri Lanka Demokratik Sosialist Respublikası Konstitusiyasının 70-ci maddəsini əsas tutaraq, bu il aprelin 14-də ölkədə yeni parlament seçkilərinin keçiriləcəyi tarixi elan edib.
Yeni parlamentin ilk iclası mayın 14-nə təyin edilib.
Qeyd edək ki, martın 12-dən 19-dək namizədlərin qeydə alınması həyata keçiriləcək.
Oxunub: 449