dini radikalizm və ekstremizmlə mübarizə

“Moskva ilə yaxınlaşsaq, müharibəyə imkan verməyəcək” – SƏBƏB BUDUR

“Moskva ilə yaxınlaşsaq, müharibəyə imkan verməyəcək” – SƏBƏB BUDUR

Şoyqunun Cənubi Qafqaz səfəri əsasən Rusiyanın regionda güclənməsinə hesablanıb.

Turkustan.info bildirir ki, politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında Rusiya müdafiə naziri Sergey Şoyqunun MDB müdafiə nazirlərinin Bakı sammiti çərçivəsində Cənubi Qafqaza səfərinə münasibət bildirib.

Politoloq hesab edir ki, onun xüsusilə Ermənistanda 102-ci hərbi bazada olması, burada verdiyi mesajlar heç də regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə xidmət etmir:

“Baxmayaraq ki, Şoyqu çıxışında 102-ci bazanın gücləndirilməsini regionda dayanıqlı sülhə xidmət etdiyini vurğuladı. Amma məhz Gümrüdəki hərbi bazanı iki dəfə gücləndirmək Rusiyanın Cənubi Qafqazda güclənmə planının tərkib hissəsidir. Regionda ən ağrılı problem olan Qarabağ münaqişəsinin həllində Kreml əsas faktordur. Amma Rusiya müdafiə nazirinin bu səfəri heç də münaqişənin həllinə müsbət heç nə vəd etmir. Bu səfər münaqişənin dərinləşəcəyi fikrini formalaşdırır”.

M. Əsədullazadə vurğulayıb ki, Ermənistanla hərbi əlaqələrin inkişafından danışan müdafiə nazinin çıxışı, yalnız regionda Kremlin geosiyasi mövqeyinin güclənməsinə işarə edirdi:

“Ona görə də Qarabağ münaqişəsinin həllində ciddi nəticələrə gətirə biləcək razılaşmanın olduğunu istisna edirəm. Bu səfər ilk növbədə xüsusi səfər deyildi. Sadəcə Bakıya gəlməzdən əvvəl Ermənistanı seçməklə bir növ müttəfiqliyi göstərir və işğalçının yanında olmasının mesajını verir. Biz bundan artıq nəsə gözləyə bilmərik”.

Politoloq vurğulayıb ki, Azərbaycan ilk növbədə öz ərazisinin işğaldan azad olunması istiqamətində Türkiyə ilə sıx işləməlidir:

“Paralel olaraq Moskva-Ankara yaxınlaşmasından istifadə etməliyik. Hazırda Ankara və Moskva dünyada yeni bir əməkdaşlıq formatı ortaya qoydular. Suriya münaqişəsində hər iki ölkə ortaq nöqtə tapıb, problemin həllində siyasi iradə göstərə bilirlər. Sadəcə Qarabağ məsələsində də bizə mütləq müttəfiq lazımdır. Türkiyə Suriyada olduğu kimi kəskin prinsipial mövqe ortaya qoymalıdır ki, Moskva bununla barışsın. Necə ki, Rusiya Ermənistanı tam müdafiə edir, bizə də belə müdafiə edən dövlət lazımdır. Bu halda ərazilərimizi işğaldan azad edə bilərik. Moskva İrəvanı dəstəkləməsə, bizə də dəstək lazım deyil. Ermənistanla özümüz bacarırıq. Hazırda geosiyasi şərtlər elədir ki, Rusiyanın bizə qarşı vəkalət müharibəsinin neytrallallığına səbəb olaq. Ankara Suriya münaqişənin həllindən sonra Cənubi Qafqaza dönərsə, irəliləyiş əldə etmək olar”.

M. Əsədullazadə bildirib ki, qlobal müstəvidə yeni dəyişikliklər olur:

“Türkiyə də burada aktiv yer alıb. Yeni düzən formalaşır. Bakı-Ankara və Moskva oxu münaqişənin həllində irəlləyişə gətirə bilər. Moskva hələ ki, Qarabağ münaqişəsinin həllini özünün region siyasətinə təhlükə gördüyündən, buna əngəl olur. Azərbaycanla Türkiyə bir olmalıdır. Biz Moskvaya yaxınlaşsaq, Qarabağda əməliyyatlara Rusiya imkan verməyəcək. Məsafə saxlamaqla üçüncü ölkə vasitəsilə yaxınlaşmaq lazımdır. Bu da Türkiyədir”.

Oxunub: 521
Oxşar xəbərlər
SON XƏBƏRLƏR