dini radikalizm və ekstremizmlə mübarizə

”Azərbaycan kikboksçuları dünya kikboksinq arenasında öz sözlərini deyirlər” -Adil Əliyev

”Azərbaycan kikboksçuları dünya kikboksinq arenasında öz sözlərini deyirlər” -Adil Əliyev

İzmir restoranında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında 9 medal qazanan Azərbaycan komandası ilə görüş keçirilib.
Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, Millət vəkili Adil Əliyev çıxışında idmançıları təbrik edərək, Azərbaycan idmanın inkişafından və kikboksinq idman növünün ölkədə populyarlaşmasından söz açıb.
“Dünya çempionatına 21 idmançımız iştirak edirdi. 60 ölkə arasında 10-cu yerə çıxdıq. Nəticəmiz ürəkaçandır və qürur vericidir. Azərbaycan kikboksçuları dünya kikboksinq arenasında öz sözlərini deyirlər.
Bu günlərdə Dünya Kikboksinq Assosiasiyasının (WAKO) Prezidenti Roy Beyker dəvətimizə əsasən Bakıda oldu. O, ilk dəfə 2010-cu ildə, paytaxtımızda keçirilən Avropa çempionatı zamanı olmuşdu. Səfər çərçivəsində idman qurğularına baxdı, gənclər və idman naziri Azad Rəhimovla görüşü oldu. Roy Beyker artan inkişafla yaxından maraqlandı. O, bizdən razı getdi. Geniş oxucu kütləsi olan WAKO-nun saytında ölkəmizi tərifləyib”.
Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvləri Ramal Aslanov, Eduard Məmmədov qızıl, Məhəmməd İmanov, Telman Məhərrəmov gümüş, Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov, Fuad Haşimi bürünc medal qazanıblar.
Bir daha gözəl təşkilatçılığa görə, İzmir restoranın sahibi Rəşid Huseynov qardaşa təşəkkür edirəm.


Oxunub: 499
Oxşar xəbərlər
SON XƏBƏRLƏR