Suriyanın şimalından hərbi qüvvələrini geri çəkən ABŞ tanklarını və əsgərlərini ölkənin şərqinə göndərəcək.
Turkustan.info xəbər verir ki, bu bölgədəki neft quyularını nəzarətində saxlamaq bəhanəsilə Pentaqon “Abrams” tankları və əsgərlərini yollayacaq.
“Newsweek”ə açıqlama verən Müdafiə Nazirliyinin adı açıqlanmayan təmsilçisi Vaşinqtonun 30-a yaxın tank göndərmək niyyətində olduğunu etiraf edib. O bildirib ki, YPG və Suriya Demokratik Qüvvələri neft quyularını qorumağa davam edəcək.
Planın həyata keçirilməsi üçün Ağ Evdən təsdiq gözlənilir. Məqsəd İŞİD-lə yanaşı, Suriya hökuməti və İranı neft quyularından uzaq saxlamaqdır.
Ötən gün ABŞ prezidenti Donald Tramp sözügedən planla bağlı açıqlama verib. O, Suriyada İŞİD-in yenidən dirçəlməsinə və neft quyularına sahib olmasına icazə verməyəcəklərini bildirib. /Publika.az/
Oxunub: 611