dini radikalizm və ekstremizmlə mübarizə

Putin Ərəbistanla bağlı suala cavabında "Quran"dan sitat gətirib

Putin Ərəbistanla bağlı suala cavabında "Quran"dan sitat gətirib

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına neft obyektlərinə dron hücumları fonunda S-400 və ya S-300 zenit raket kompleksləri sistemlərini almağı təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə o, Ankarada keçirilən Rusiya-Türkiyə-İran prezidentlərinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Səudiyyə Ərəbistanında neft zavodlarına edilən hücumla bağlı suala cavab verən Rusiya prezidenti müqəddəs "Qurani-kərim"dən sitat gətirib.

"Müqəddəs Quranda öz ailəni qorumaqdan başqa, hər cür zorakılığın qəbuledilməzliyindən danışılır. Ona görə də öz ailəsini, ölkəsini qorumaq üçün biz Səudiyyə Ərəbistanına müvafiq yardımı göstərməyə hazırıq", - deyə Vladimir Putin vurğulayıb.

Onun sözlərinə görə, Səudiyyə rəhbərliyi müdrik dövlət qərarı vermək üçün yetərlidir ki, İran kimi S-300 və ya Türkiyə hakimiyyəti kimi S-400 alsın: "Bu silahlar Səudiyyə Ərəbistanın hər hansı infranstruktur obyektini etibarlı qoruyacaq".

İran prezidenti Həsən Ruhaninin "S-300, ya S-400-ləri almaq yaxşıdır?" sualına isə Putin belə cavab verib: "Qoy seçsinlər".

Bundan başqa Rusiya lideri bir daha Qurandan sitat gətirərək Səudiyyə Krallığının neft obyektlərinə edilən hücumları şərh edib: "Əhalisinin əksər hissəsinin müsəlmanlar olduğu Türkiyədə olduğum zaman müqəddəs qurandan sitatları xatırlamaya bilmərəm: “Allahın mərhəmətini xatırla. Bir vaxtlar düşmən idiniz, Allah sizin qəlblərinizi sınadı və sizi qardaş etdi". Buna görə də düşünürəm ki, məhz bundan başlamalıyıq", - deyə Rusiya prezidenti bildirib.

Oxunub: 427
Oxşar xəbərlər
SON XƏBƏRLƏR