dini radikalizm və ekstremizmlə mübarizə

AŞPA Rusiya nümayəndə heyətilə bağlı qətnamə qəbul edib

AŞPA Rusiya nümayəndə heyətilə bağlı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin qurumda tam səlahiyyətlərini təsdiq edən qətnaməni qəbul edib.

APA AŞPA-nın saytına istinadən xəbər verir ki, qətnamə ilə bağlı səsvermənin nəticələri yay sessiyasının iclasında Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilianne Mauri-Pasquier tərəfindən açıqlanıb.

Nəticələrə görə, 116 millət vəkili qətnamənin lehinə, 62 nümayəndə isə onun əleyhinə səs verib. 15 millət vəkili səsvermədə iştirak etməyib.

Qeyd edək ki, bu ilin mayında Avropa Şurası Nazirlər Komitəsi bütün üzv ölkələrin komitənin iclasında və AŞPA-da bərabərhüquqlu iştirakının təmin olunmasının vacibliyinə dair bəyanat verib. İyunda isə AŞPA-nın reqlament üzrə komitəsi Rusiya nümayəndə heyətinə iyun sessiyasında iştirak hüququnun tanınmasına dair qətnamə layihəsi qəbul edib. Qətnamə layihəsi iyunun 24-də başlamış və ayın 28-ə kimi davam edəcək AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarılıb.

Oxunub: 523
Oxşar xəbərlər
SON XƏBƏRLƏR