dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda
Bu gün İslamabad şəhərində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı Azərbaycan Ordusunun bir piyada bölməsi ayrıca kalonla tribuna önündən keçib.

Azərbaycan Ordusunun hərbçiləri tribuna önündən keçərkən Pakistan dövlət rəhbərliyi ayağa qalxaraq heyəti salamlayıb. Paradın aparıcısı Azərbaycan dilində “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan - Pakistan dostluğu!” ifadələri ilə ordumuzun hərbçilərini təqdim edib.

Azərbaycan Ordusunun paraşütçüləri isə havada Azərbaycan və Pakistan bayraqlarını açıblar.

Paradda müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Oxunub: 530
Oxşar xəbərlər
SON XƏBƏRLƏR