dini radikalizm və ekstremizmlə mübarizə

“Milli qəhrəmanlardan bir neçəsi mənzillə təmin olunmayıb” - Komitə sədri

“Milli qəhrəmanlardan bir neçəsi mənzillə təmin olunmayıb” - Komitə sədri
“2018-ci il xüsusən iqtisadi, siyasi, sosial islahatlar, ümumilikdə idarəetmə sistemləri baxımdan yadda qalan il oldu”.

Djb.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Əli Hüseynli bildirib ki, müharibə iştirakçıları, əlillər, şəhid ailələri ilə bağlı dövlət başçısının tapşırığı ilə bir çox ciddi işlər görülür.

“Qeyd etmək istəyirəm ki, Milli qəhrəmanlara da ölkəmizdə xüsusi diqqət yetirilir. Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi hər zaman prezidentə, parlamentə müraciət edərək, onların status məsələsi ilə əlaqədar qanun layihəsinin qəbul edilməsini təklif ediblər. Əlbəttə, bu, gələcəkdə müzakirə oluna bilər. Baş nazirə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, qeyd etmək istəyirəm ki, hazırda sağ olan Milli qəhrəmanlardan bir neçəsi mənzillə təmin olunmayıb. Xahiş edirəm ki, onlar siz tərəfindən qəbul olunaraq problem öz həllini tapsın”.

Oxunub: 525
Oxşar xəbərlər
SON XƏBƏRLƏR