dini radikalizm və ekstremizmlə mübarizə

Şəxsiyyətlər Muzeyi ərazisində Hacı Zeynalabdin Tağıyevin büstü ucaldılıb - XAÇMAZDA

Şəxsiyyətlər Muzeyi ərazisində Hacı Zeynalabdin Tağıyevin büstü ucaldılıb - XAÇMAZDA

Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ərazisində məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin büstü ucaldılıb.

ATV.az xəbər verir ki, bununla da burada ucaldılmış tanınmış ziyalı, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin büstlərinin sayı 60-a çatıb.

Bu ilin əvvəlində Şəxsiyyətlər Muzeyi ərazisində tanınmış bəstəkar Ramiz Mirişliyə, heykəltəraş Ömər Eldarova və sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyova məxsus büstlər ucaldılıb.

Xaçmaz sakinlərinin və şəhərə gələn qonaqların ən sevimli məkanlarından olan Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. 2013-cü ildə Şəxsiyyətlər Muzeyində aparılmış əsaslı tikinti-quruculuq işlərindən sonra sahəsi genişləndirilərək 2 hektara çatdırılıb. Ərazidə yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin ön tərəfinə Azərbaycanın tanınmış dahi şəxsiyyətlərinin - Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Xurşudbanu Natəvan, Məhsəti Gəncəvi və Hüseyn Cavidin heykəlləri qoyulub.
Şəxsiyyətlər Muzeyi ərazisində Hacı Zeynalabdin Tağıyevin büstü ucaldılıb - XAÇMAZDA
Şəxsiyyətlər Muzeyi ərazisində Hacı Zeynalabdin Tağıyevin büstü ucaldılıb - XAÇMAZDA

Oxunub: 733
Oxşar xəbərlər
SON XƏBƏRLƏR