dini radikalizm və ekstremizmlə mübarizə

Həyəcan təbili çalınsada Əjdər Cəfərovu hansısa qüvvələr qoruyur?

Həyəcan təbili çalınsada Əjdər Cəfərovu hansısa qüvvələr qoruyur?

Son zamanlar Fazil Məmmədovun işdən çıxardığı baş katibə vəzifə verildiyi haqqında müxtəlif başlıqlarla xəbərlər portallarında, qəzetlərdə saysız- hesabsız yazılar dərc olunur. Mütəmadi olaraq mediada adı hallanan Azərbaycan Güləş Federasitasının baş katibi olmuş Əjdər Cəfərov yeni vəzifə verilməsindən yazan mətbuat orqanlarının göstərdikləri faktlara baxmayaraq, o hələdə təyin olduğu vəzifədə qalır. Əjdər Cəfərovun 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman məktəbinə direktor təyin olunması əsaslı narazılığa səbəb olub. Əjdər Cəfərov uzun illər Azərbaycan Güləş Federasiyasının baş katibi olduğunun və 2016- cı ilin fevral ayının 4-də federasiyanın prezidenti Fazil Məmmədovun əmri ilə işdən azad olunmuşdur.
Onun işdən kənarlaşmasının səbəbi isə güləşçilərin şikayəti və maddi yeyintilərin olmasından ibarət olub.

P.S. Maraqlısı budur ki, dövlətimizdə korupsiya ilə mübarizə aparılan bir vaxtda, dövlət büdcəsinə əl uzadan birisini təkrar təhsil ocağına rəhbər təyin olunması təşəbbüsü kimdən irəli gəlib???
Mənim üçün maraqlı olan bir məsələyə toxunmaq istəyirəm artıq bir neçə aydır ki, həyəcan təbili çalan medianın xəbərdarlığına baxmayaraq bu məsələyə aydınlığ nə üçün gətirilmir?
Bir zamanlar yeyinti ilə işdən azad olunan insanın təhsil ocağına rəhbər təyin olunması nə qədər düzgündür? Gələcəyimiz olan övladların təlim tərbiyyəsi ilə məşğul olunan bir təhsil ocağına Əjdər Cəfərovun təyin olunması kimlərin maraq dairəsində olub?
Qarşıda Əjdər Cəfərovun işdən azad olunmasında şikayətçi olan güləşçilərin və bir çox tanınmış hakimlərin müsahibəsin sizlərə çatdıracağıq. Ümid edirik ki, bu duruma əlaqədar təşkilatlar tərəfindən lazım olan ölçü götürüləcəkdir.

Almaz İlahə
Həyəcan təbili çalınsada Əjdər Cəfərovu hansısa qüvvələr qoruyur?
Həyəcan təbili çalınsada Əjdər Cəfərovu hansısa qüvvələr qoruyur?

Oxunub: 890
Oxşar xəbərlər
SON XƏBƏRLƏR