dini radikalizm və ekstremizmlə mübarizə

Prezident seçkilərinə rəsmi hazırlığa fevralın 10-da start verilə bilər

Prezident seçkilərinə rəsmi hazırlığa fevralın 10-da start verilə bilər
Mərkəzi Seçki Komissiyası (MSK) bir həftədən gec olmayaraq, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək.

Oxu.Az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi) maddəsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar qəbul edildiyi gündən başlayaraq, bir həftədən gec olmayaraq seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və iki ay ərzində keçirilir.

Bu baxımdan, Azərbaycanda Prezident seçkilərinə rəsmi hazırlığa seçki gününə 60 gün qalmış, yəni, fevralın 10-da start verilə bilər.

Qeyd edək ki, prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Oxunub: 839
Oxşar xəbərlər
SON XƏBƏRLƏR