dini radikalizm və ekstremizmlə mübarizə

Professor Yusif Babanlıdan açıqlama... "SEÇKİLƏRDƏ CƏNAB PREZİDENTƏ SƏS VERƏCƏYİK"

Professor Yusif Babanlıdan açıqlama... "SEÇKİLƏRDƏ CƏNAB PREZİDENTƏ SƏS VERƏCƏYİK"
Y.Babanlı "Ölkə.Az"-a açıqlamasında dövlət başçısı tərəfindən ona göstərilən bu etimadı hər zaman doğrultmağa çalışacağını deyib:

"Sağ olsun cənab prezident ki, bütün sahələrə olduğu kimi, gənclər və idman sahəsinə də bizə böyük diqqət və qayğı göstərir. Bu diqqət və qayğı hər bir gəncimiz üçün töhfədir. Bilirsiniz ki, gələn həftə Azərbaycan Həmkarlar Konfederasiyasının 5-ci qurultayı keçiriləcək. Cənab prezident bu münasibətlə bir qrup şəxsi təltif edib. Çox şadam ki, təltif olunanlar arasında mən də varam. Bu medal mənə gələcək fəaliyyətimdə daha da stimul verəcək. Ümumiyyətlə, dövlət başçısı tərəfindən bu qədər insanın təltif olunması şəxsən mənim üçün böyük şərəfdir. Gənclər Günündə cənab prezident tərəfindən mənə göstərilən bu böyük etimadı sonadək doğrultmağa çalışacam. Göstərilən bu etimada görə dövlət başçımıza minnətdaram".


Y.Babanlı 17 ildir ki, Azərbaycanın gənclər və idman, ictimi-siyasi həyatında fəaliyyət göstərdiyini qeyd edib:

"Mənim bu sahədə 17 illik təcrübəm var. Eyni zamanda mən Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən biriyəm. Azərbaycanın ən gənc professoru kimi hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olmaqla cənab prezidentimizə xidmət etmişəm. Bundan sonra da bu yolu uğurla davam etdirəcəm. Biz gənclər olaraq hər zaman cənab prezidentə dəstək olmuşuq. Bu il keçiriləcək prezident seçkilərində də hamılıqla cənab prezidentə səs verəcəyik. Tam əminəm ki, bu, bütün Azərbaycan gənclərinin birmənalı istəyidir. Ölkə başçımızın bizə göstərdiyi böyük diqqət və qayğı gələcək fəaliyyətimizdə stimul yaradır. Ona görə də hər birimiz sonadək cənab prezidentin yanındayıq".


Xatırladaq ki, Prezident İlham Əliyev ölkəmizin ən gənc professoru Babanlı Yusif Məmməd oğlunun "Tərəqqi" medalı ilə təltif olunması ilə bağlı sərəncam imzalayıb.
Babanlı Yusif Məmməd oğlu ən gənc professor olmaqla yanaşı eyni zamanda – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müşaviri, Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyəti bölməsinin sədri, Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Respublika dərəcəli hakim, YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Rəyasət Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Oxunub: 867
Oxşar xəbərlər
SON XƏBƏRLƏR