dini radikalizm və ekstremizmlə mübarizə

Ötən il ən çox müraciət olunan dövlət orqanlarının saytlarının adı açıqlanıb

Ötən il ən çox müraciət olunan dövlət orqanlarının saytlarının adı açıqlanıb
Ötən il ən çox müraciət olunan dövlət orqanlarının rəsmi internet resurslarının adı açıqlanıb.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, ən çox istifadəçi müraciətləri arasında “Azərbaycan Hava Yolları” QSC – AZAL (azal.gov.az), Tələbə Qəbulu üzrə Dövlət Komitəsi – TQDK (tqdk.gov.az), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – ASAN (asan.gov.az) domenləri ilk üçlükdədir.

2017-ci ildə ümumi giriş sayına görə ən çox aşağıdakı domenlərə istifadəçi müraciətləri qeydə alınıb:

1. azal.gov.az
2. tqdk.gov.az
3. asan.gov.az
4. idmantv.az
5. edu.gov.az
6. mlspp.gov.az
7. migration.gov.az
8. mia.gov.az
9. aztv.az
10. mod.gov.az

Ötən ildə unikal giriş sayına görə isə ən çox müraciətlərin sayı aşağıdakı kimi olub:

1. azal.az
2. idmantv.az
3. tqdk.gov.az
4. edu.gov.az
5. eco.gov.az
6. mia.gov.az
7. aztv.az
8. mod.gov.az
9. mlspp.gov.az
10. asan.gov.az

Bundan başqa, hesabat müddətində dövlət orqanlarının rəsmi internet resurslarına ən çox aşağıdakı ölkələrdən istifadəçi müraciətləri qeydə alınıb:

1. Azərbaycan
2. ABŞ
3. Rusiya
4. Türkiyə
5. İngiltərə
6. Almaniya
7. Çin
8. Estoniya
9. Fransa
10. Birləşmiş Ərəb Əmirlikləri

Oxunub: 727
Oxşar xəbərlər
SON XƏBƏRLƏR