dini radikalizm və ekstremizmlə mübarizə

"Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI

"Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə..." - TAHİR ABBASLI
Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı İranda baş verən son hadisələrlə bağlı Sozcu.az saytının suallarını cavablandırıb.

- Hacı, İranda baş verən məlum hadisələr əslində nədir, sosial partlayış, yoxsa xarici müdaxilə?

- Bismilləhir rahmanir rahim. Baş verən hadisələri birmənalı qiymətləndirmək doğru olmaz. İlk öncə qeyd etmək istəyirəm ki, İran regionda böyük və güclü dövlətdir. Güclülüyü isə dövlətçilik təcürbəsi ilə bərabər, dini və milli dəyərlərlə hesab-kitabı olması ilə sıx əlaqəli olmasındadır. İnqilabdan sonra dünya güc dövlətləri tərəfindən İran İslam Respublikasına məlum səbəblərdən məhddiyyət qoyulduğundan və bu səbəbdən dünya bazarına məhsullarını çıxarmaqdan məhrum olduqlarına görə sosial problemlərini həll edəbilməyib . Əksinə, ölkəsi üçün alınacaq məhsulları da 3 qat artıq qiymətə almaqları İranın büdcəsinə bu uzun müddətdə güclü zərbə vuraraq infilyasiya uğratdığındadan yaşayış səviyyəsi aşağı düşüb və işsizlik hökm sürməyə başlayıb. Hətta beynəlxalq kredit kartlarından istifadə edə bilməyən İran vətandaşları daha bir mərhumiyyətlə üzləşməli olub ki, dünya bazarlarına çıxışı blok edilib. Bu qədər sıxıntılara uzunmüddət heç bir dövlət tab gətirə bilməzdi. Dövləti və onun milli mənvi dəyərlərini qorumaq böyük səriştətə tələb edir ki, bu müddətdə dünya bunun şahidi oldu. Üstəlik qonşu ölkələrdəki ictimai siyasi durum ürəkaçan deyil. Xüsusən İraq və Suriyada baş verən olaylar da İranı aslı duruma salıb desək yanılmarıq. Şübhəsiz İranın siyasi hakimiyyətində də məmur özbanalığı, rüşvət alma halları və ictimai - siyasi ədalətsizliklər son vaxtlar aşkarən özünü biruzə verirdi. Görünür İran cəmiyyəti bütün sadaladıqlarım səbəbindən etiraz aksiyalarını başlayıblar. Özü də planış əkildə eyni vaxtda müxtəlif məntəqələrdə. Demək uzunmüddətli bolokada öz “bəhrəsini” verdiyini görən xüsusən ABŞ siyasi hakimiyyətinin növbəti hədfi İraq və Suriyadan sonra İrandır deyə təxribatların güclənməsində maraqlıdırlar.

- İranda baş verəcək inqilabın bölgə dövlətlərinə, o cümlədən Azərbaycana hansı təsiri dəyə bilər ?

- İnanmıram ki, inqilab filan olsun. Həmişə olduğu kimi bu dəfə də İranın siyasi hakimiyyəti konstitusyasını əsas tutaraq bu aksiyaları nəyin bahasına olursa -olsun yatızdıracaq.
Amma əgər inqilab baş verərsə, İran Azərbaycanla münasibətlərin yenidən baxa bilər. Bu hansı qüvvələrin hansı maraqların çərçivəsində və hansı hədəfləri olacağından aslıdır. Ola bilsin ideoloji baxımdan fərqlilik özünü göstərsin. Amma dövlət və milli maraqlara uyğun ortaq addımlar atılacağına şübhəm yoxdur. Azərbaycan İranın dünya bazarına çıxışı üçün və siyasi- iqtisadi manevrlər üçün ciddi münasib qonşu dövlətdir. heç bir hakimiyyət qonşuluq prinsiplərinə zərərli mövqe sərgiləməz. Əgər ABŞ ağılsızlıq edib, İrana hücum edəcəksə, bu dövlətimizə və mənəvi dəyərlərimizə narahatçılıq yarada bilər. Amma mən İranda gedən hadisələrin Azərbaycana təsirinən narahat deyiləm.

-Baş verən aksiyaların iranın dini hövzələri olan, Qumda və Məşhəddə başlaması, iranda Ali dini rəhbər vəzifəsi uğrundamübarizə aparan hansısa müctehidin rolu ola bilərmi?

- Dini hövzələr bütün dövrlərdə olduğu kimi indi də İran dövlətinin qlobal problemlərinə, basqı və sıxınılarlına yardımçı olub ki, bu günədək özbaşnalıq və inqilablar baş verməyib. Və bu illər ərzində müctehidlər səviyyəsində ciddi ixtilaflar olmadığından dediyiniz fikir yanlışdır. Ola bilsin korrupsiyalaşmış və monopolyaşmış qüvvələrin siyasi maraqlarına uyğun istək əmələ gəlsin , ehtimalların çoxu da elə bundadır. Əminəm ki, bu qarşıdurma müctehid davası deyil ki, yekunda da elə dəyişiklilə bitsin. İranın dünyadakı mövqeyini, kiçik maraqlar naminə heç bir müçtehid qurban verə bilməz.

Sonda qeyd etmək istəyirəm ki, dünyaya elə insan, müdrük hökmüdar, peyğəmbər və övliyalar gəməyib ki, hamı ondan razı olsun. Mütləq müxalifləri və ya düşmənləri olub, olur və olacaq. Ona görə məsələyə duyğu və reallıqlara uyğun yox ağıl, məntiq və imanla qərar gərəkdir.

Oxunub: 985
Oxşar xəbərlər
SON XƏBƏRLƏR