dini radikalizm və ekstremizmlə mübarizə

Millət vəkili Aydın Mirzəzadədən nümunəvi addım

Millət vəkili Aydın Mirzəzadədən nümunəvi addım
Akademiklərimizi tanıyaq
----------------------------------

Hörmətli dostlar !

Bu ildən feysbuk səhifəmdə daha bir yenilik etmək istəyirəm. Azərbaycan Milli Elmlər Akademiyamızın (AMEA) üzvləri barədə səhifəmdə mütəmadi olaraq material yerləşdirmək istyirəm. Materiallar AMEA-nın rəsmi saytından götürüləcədir.

Çox təəssüf ki, elmimizin zirvələri olan akademiklərimiz haqqında mətbuatda az məlumat verilir. Bu boşluğu qismən də olsa doldurmaq istəyirəm.

Məlumat üçün bildirim ki, AMEA-nın 73 həqiq (akademik), 113 müxbir, 3 fəxri, 1 xarici üzvü vardır.

Hər həftə dörd nəfər akademikimiz haqqında səhifəmdə material yerləşdiriləcək.

Ağayev Böyükkişi Ağa oğlu
--------------------------------------
Azərbaycan Respublikası, Zərdab rayonunun Əlvənd kəndində
10 sentyabr 1928-ci ildə anadan olub.

Azərbaycan Tibb Universitetini bitirib, həkim-cərrahdır.Tibb elmləri doktoru, professordur.

Namizədlik (PhD) dissertasiyası cərrahlıq üzrə olub nın mövzusu: " Süni qış yuxusu-hibernasiyanın əməliyyat və travmatik şokun profilaktikasında və müalicəsində tətbiqidir".

Doktorluq dissertasiyası onkologiya üzrə olub mövzusu: "Xərçəng şişinin inkişaf mərhələsindən asılı olaraq böyrəküstü vəzin funksional vəziyyəti və cərrahi müalicəsində nəzərə alınmasının əhəmiyyəti"dir.

1980-ci ildə Akademiyanın müxbir üzvü, 1989-cu ildə həqiqi üzv (akademik) seçilib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 412
Xaricdə çıxmış elmi əsərlərinin sayı 136
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 38
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 9 ixtira, 25 səmərəli təkliflər

62 fəlsəfə doktoru,11 elmlər doktoru yetişdirib.

Əsas elmi nailiyyətləri:
------------------------------

1. Mədə qanaxmalarının müalicəsində iynəsiz inyektorun tətbiqi.

2. Qaraciyər, öd yolları və mədəaltı vəzin ağır xəstəliklərinin cərrahi müalicəsində intero corporal lazer aşağı tezlikli maqnit metodun tətbiqi.

3. Böyük həcmli cərrahi əməliyyatlarda orqanizmin daxili sabitliyinin saxlanılmasında su-duz mübadilsənin, böyrəküstü vəzinin funksiyasının tənzimlənməsinin rolu.

Elmi əsərlərinin adları:
-----------------------------
1. Kəskin qarın cərrahı xəstəliklərində qanın kinin sisteminin vəziyyəti, 1979, monoqrafiya.

2. Cərrahı xəstəliklər, Tibb Universiteti tələbələri üçün dərslik, 1989, 2000, 2007.

3. Kliniki cərrahlıqdan mühazirələr, 1980, 1982

4.Agayev B.A., Jafarli R.E. Autologous bone marrow mesenchymal stem cell transplantation in liver of a patient with liver cirrhosis: Case report // International Journal of Biomedicine, New York (USA), №5 (1), 2015, s. 41-13

5. Agayev B.A., Iskandarov E.A., Rene Telba et al. Protective effect of adenosine recektor agonist in a cirrohotic liver resection model // Hepatitits monthly, 2016, № 8

6. Cərrahi əməliyyatlar atlası (3 cilddən ibarət).

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında
----------------------------------------------------------------------- üzvlüyü :

1. Avropa Təcili Cərrahlar Cəmiyyəti

2. Beynalxalq Cərrahiyyə və Qastroenteroloji Cəmiyyyət

3. Rusiya Cərrahlar Cəmiyyəti

Pedaqoji fəaliyyəti :
------------------------
Azərbaycan Tibb Universiteti Cərrahi xəstəliklər kafedrasının müdiri. 1973-cü ildən hazırkı dövrə qədər

Digər fəaliyyəti :
--------------------
Azərbaycan Şəfqət Fondunun sədri,

“Cərrahiyyə” jurnalının baş redaktoru,

“Azərbaycan Elmi Cərrahlar Cəmiyyətinin” sədri

Təltif və mükafatları :
--------------------------
1. Azərbaycan “Şərəf” ordeni - 1998-ci il

2. Akademik M.A.Qasımov adına mükafat (Azərbaycan Milli Elmlər Akademiyası)

3. Akademik M.A.Topçubaşov adına mükafat

4. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı- 2016

İş yeri və vəzifəsi :
-----------------------

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru

Oxunub: 828
Oxşar xəbərlər
SON XƏBƏRLƏR