Azərbaycan Dövlət Rus Dram teatrının səhnəsində növbəti premyera baş tutdu.Muəllif və rejissor İlqar Səfət dəst xətti ilə.
Əvvəla onu deyim ki rejissor tamaşaya maraqlı bir quruluş verib. İlk baxışdan hər şey cox sadə görünsə də ,mürəkkəb psixoloji durumlar tədricən meydana cıxır ki ,bu da tamaşacını biganə qoymur.Deyirlər hər sənətkar bir əsərində olsa belə ,özunu tərənnum edir.Nəzərə alsaq ki tamaşanın qəhrəmanı da rejissordu və öz daxili sarsıntıları ilə baş başa qalır mənzərə daha aydın olar.Tamaşada qorxunc,mistik elementlər mövcuddur. Aktyor secimi olduqca maraqlıdır.Hər obraz öz təbirincə diqqət cəlb edir. Teatr icində Teatr izləyirsən..Rejissor da,aktyorlar da onlara yaxın,doğma insanları tərənnum edir.Rejissor öz qəhrəmanının şəxsində insanlığa cağırış edərək.ətraf mühitdə biganəliyin,saxtalığın, xəyanətin baş aldığı bir cəmiyyətə usyan edir.
İlqar Səfət imzası tamaşacıya yaxşı tanışdır.Məhz bu tamaşa onu bizə yenidən tanıdır və hiss olunur ki Cexov yaradıcılığı ona cox yaxındır.Mənim fikrimcə bu tamaşa ilə rejissor daha bir uğura imza atıb və sözsuz ki ufuqdə yeni tamaşalar, yeni layihələr mütləq ki var.
Tamaşada baş qəhrəmanı respublikanın əməkdar artisti Firdovsi Atakişiyev canlandırır. Onunla söhbətimizdə aydın olur ki ,əslində obraz baqa bir aktyora həvalə olunsa da, sonradan o təsdiqlənib və rolu qısa bir zamanda ərsəyə gətirib.
Baxın cox qısa bir zaman aralığında belə bir obraza möhür vurmaq, gərgin,psixoloji sarsıntılardan kecib intihara qədər yolu olan bir obrazı mukəmməl səviyyədə təqdim etmək nə qədər asandır?
Mən bu aktyoru yenidən kəşf etdim desəm duz olar. Özu də hər hansı bir filmdə ,serialda deyil, məhz Teatrda! O məkanda ki canlı unsiyəət var,sənət var və istedadı olan hər kəsin mütləq ki bir zirvə bucağı var!
Firdovsi Atakişiyev obrazını nəinki bizə sevdirir onu butun duşuncəmizə,mənəviyyatımıza hakim edir.Və nəticə etibarilə obrazla doğmalarşırıq.
Teatrın daha bir aktrisası sevimlimiz, respublikanın xalq artisti Lyudmila Duxovnaya da tamaşada rol alıb.Uzun illərdir ki muxtəlif səpkili rollara həyat verən,onları bizə sevdirən bir aktrisanı yenidən şux,gözəl bir əhval ruhiyyədə səhnədə görmək inanın ki,onu sevənlərə cox xoşdur.Aktrisa həmişə ki kimi öz obrazının öhdəsindən layiqincə gəlir desək ,cox duzgun olar.
Tamaşanın finalındakı şən musiqi, personajların rəqsi məncə tamaşa boyu yaşanan gərginliyimizə su səpdi.. Yerimizdə biz də oynadıq və əlbəttə ki bu da rejissorun maraqlı tapıntısı idi.
Tamaşanın geyim uzrə rəssamı Səmra Axundova,rejissor köməkçisi Yuliya Limarevadı.
Tamaşada teatrın istedadlı aktyorları da muxtəlif rollarda cıxış edirlər və adlarını bir cəkməsək də, ifalarını izləməkdən birmənalı şəkildə zövq aldıq ki onları da ayrı ayrılıqda təbrik edirik.
Bu tamaşa mədəniyyətimizin ,teatr sənətinin novbəti uğurudur desək, məncə yerinə düşər.
P.S. Adətim uzrə tamaşa haqqında kiçik sorğu edirəm.. Narazı fikirlər də eşidirəm ki, bu da təbiidir.
Bir onu bilərəm ki düşüncələrin fikirlərin fərqli olması əsla Əsl Sənətə xələl gətirə bilməz.
Təranə Feyzullayeva
Oxunub: 227