dini radikalizm və ekstremizmlə mübarizə

Bir zamanlar gələcək, Anar əfsanəyə çevriləcək


Bir zaman gələcək, Anar əfsanəyə çevriləcək. Minlərlə ziyalı içərisində ancaq O yadda qalacaq...
Mən Anar müəllimi lap gənclik illərimdən tanıyıram desəm də o, məni şəxsən tanımır. Ancaq hər dəfə məni görəndə hal- əhval tutur, elə bil yüz ilin tanışıyıq... Cəmi üç, ya da dörd dəfə ötəri söhbət eləmişik...
...1981- ci ilin yay ayları idi. Mən Azərbaycan komsomolunun fəallarından idim. O zamankı Tələbə İnşaat dəstələrinin Qarabağ üzrə zona komandiri idim. Şuşaya, İsa bulağına su içməyə getmişdik. Həmin dövrdə Anarın ssenari müəllifi olduğu "Uzun ömrün akkordları" filmi çəkilirdi. İsa bulağından su içmək istəyəndə ikimiz də eyni vaxtda dolcalarimizi suyun altına tutduq. Mən qabımı geri çəkdim, Anar müəllim gülümsəyərək dedi,- Su kiciyindir, doldur dolçanı. Doldurmaq istəmədim, israrla məcbur elədi... Bir kənara çəkilib cənnət məkanın abu- kovsərini xatırladan sudan qurtum - qurtum içməyə başladıq.
Yenə hal-əhval tutdu, evdəkiləri soruşdu. Nə əcəb buradasan?- soruşdu. Bilən də ki, o dövr üçün çox böyük bir missiyasını yerinə yetirirəm, başını razılıqla tərpətdi. Səkil çəkdirmək istədik, Səksən-səksən beş (əslində onun 96 yaşı varmış) yaşlı köhnə xanəndə Mürsəl kişi Qarabağ şikəstəsi oxuya - oxuya bizə yaxınlaşdı, əlimi cibimə saldım pul verməyə, qoymadı, bir üçlük çıxarıb özü verdi. Mürsəl dayı elə oradaca pulun bir manat yarıminı kamançaçı Şirinə verdi. Gülə-gülə soruşdum,- ağsaqqal, - qaça-qaçdır, axşam bölərsiniz... Dedi, - bala, bu bir erməni filankəsdir ki, hər yerdə danışacaq, Mürsəl məni aldatdı... Beləcə söhbətə başımız qarışdı, Anarı aktyorlar çağırdılar (Üzeyir Hacıbəylinin uşaqlığını oynayan yeniyetmə aktyor indi də gözümün qabağındadır), sağollaşıb ayrıldıq, şəkil çəkdirmək yaddan çıxdı...
... 1989-cu il. İndiki Milli məclis binasının qabağı. Milli oyanış vaxtları idi, sırf təsadüf nəticəsində oradan keçirdim, Anar müəllimlə rastlaşdım, ikimizin də əynimizdə açıq boz rəngdə, eyni firmanın plaşı vardı. Birdən insan kütləsi Anarı görüb, yaxınlaşdı. Biraz aqressiv şəkildə suallar verməyə başladılar. Mən onu qoruyurmus kimi kütlənin qabağına durdum. Yaşlı bir kişi, - bala narahat olma, ağlın o biri deputatlara getməsin, Anar müəllim xalqın adamıdı ( doğrusu bir neçə deputatı elə oradaca döymək istəmişdilər)... Milli məclisin qapısına kimi ötürdüm... Sağollaşıb, ayrıldıq. Evdəkilərə salam söyləməyin tapşırdı...
...Moskvada yaşayan tanınmış şair, AYB Moskva bürosunun icraçı katibi, tələbə yoldaşım Nəsib Nəbioğlunun seçilmiş əsərlərinin kitab təqdimatında mənə də söz verdilər. Mənim xatirələrdən ibarət səmimi çıxışım, eşitdiyimə görə, Anar müəllimin çox xoşuna gəlib... Sonra Nəsib Nəbioğlunun 65 illik yubileyindəki görüşümüz...
Bu xatirələri yazmaqda məqsədim heç də oxucuların düşündüyü kimi deyil. Biz hələ də bur - birimizlə yaxından tanış deyilik. İstəyirəm elə belə də qalsın...
Azərbaycan xalqının 84 yaşlı sevimli yazıçısı, vətənpərvər ziyalısı, hörmətli Anar müəllim, Sizə sağlam ???? illik yubiley arzulayırıq!!!


Hörmət və izzətlə: Sabir Sadaxlı

Oxunub: 1 985
Oxşar xəbərlər
SON XƏBƏRLƏR