Martın 11-də Azərbaycanın görkəmli teatr xadimi Bəşir Səfəroğlunun 94-cü doğum günü oldu. 44 illik qısa ömrün, son 50 ili Bəşir Səfəroğlusuz keçir.
Open.az xəbər verir ki, ötən gün Bəşir Səfəroğlu sənətinin layiqli davamçısı, xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli Afaq Bəşirqızı Fəxri Xiyabanda görkəmli sənətkarı, sevimli atasının məzarını ziyarət edib.
Afaq Bəşirqızı ailə üzvləri ilə birlikdə mərhum sənətkarın məzarını gül-çiçəyə qərq edib.
"Atam bahar fəslində dünyaya gəldiyinə görə, baharı çox sevirdi. Qismət belə oldu ki, dünyasını da baharda dəyişdi", - deyə sənətkar bildirib. Afaq xanım əmindir ki, Azərbaycan xalqı var olduqca Bəşir Səfəroğlu xatirələrdə əbədi yaşayacaq.
Xatırladaq ki, Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda anadan olub. 1969-cu il martın 23-də 44 yaşında dünyasını dəyişib.
Oxunub: 975