dini radikalizm və ekstremizmlə mübarizə

Əməkdar artist Ehtiram Hüseynov verilişdə heç bir bölgəni təhqir etməyib. - ''Gecənin səsi" verlişində olan qalmaqala aydınlıq gətirildi.

Əməkdar artist Ehtiram Hüseynov verilişdə heç bir bölgəni təhqir etməyib. - ''Gecənin səsi" verlişində olan qalmaqala aydınlıq gətirildi.
XəbərAl.az xəbər verir ki, "Gecənin səsi" verilişində baş vermiş qalmaqala aydınlıq gətirildi. "Əməkdar artist Ehtiram Hüseynov verilişdə heç bir bölgəni təhqir etməyib. Anlaşılmazlıq olub və bu anlaşılmazlığın Şirvan və Qarabağ bölgələrinə heç bir adiyyatı olmayıb".


Cahangir Ağsulu: "DTV kanalında Natiq Dağaroğlunun təqdimatında "Gecənin səsi" verlişində bir tamaşaçı kimi iştirak edirdim. Mən sosial şəbəkədə yazmışdım ki, əməkdar artist Ehtiram Hüseynov və Natiq Dağlaroğlu arasında mübahisə baş verib. Bu mübahisənin səbəbi müğənni Nicat Həsənlinin verlişə qonaq kimi gəlməsinin verlişin formatına uyğun olmadığından verlişin aparcısı Natiq Dağlaraoğlunun etiraz etməsi olub. Bu anlaşılmazlığın Şirvan və Qarabağ bölgələrinə heç bir adiyyatı olmayıb".


Əməkdar artist Ehtiram Hüseynov da verlişdə baş verənlərin həqiqətən də anlaşılmazlıq olduğunu bildirərək qeyd edir ki, həmin verlişdə mən sadəcə olaraq müğənni Nicat Həsənlinin mərhum sənətkarımız Məhəbbət Kazımovun ruhuna daha yaxın olduğu üçün dəvət etmişəm və qeyd etmişəm ki, Nicat Həsənli oxumasa mən də verlişi tərk edəcəm.

Verlişin aparıcısı Natiq Dağlaroğlu bildirib ki, qonaq qisimində dəvət olunanlar artıq studiyadadır və verlişin formatına uyğun olaraq əlavə müğənninin oxumasına vaxt yoxdur. Gələn verlişlərimizdə mütləq Nicat Həsnlini efirə dəvət edəcəm! Bir daha qeyd edirəm ki, verlişdə heç bir bölgənin adı çəkilməyib. Mənim verlişimdə qonaq qismində iştirak edən Ehtiram Hüseynov da, müğənni İsa Musaoğlu da dostumdur və özümə qeyd etməyi borc bilirəm ki, Ehtiram Hüseynovla İsa Musaoğlu Asəf Zeynallı adına musiqi kollecində bir yerdə təhsil alıblar və sıx münasibətləri var.

Oxunub: 1 167
Oxşar xəbərlər
SON XƏBƏRLƏR